Dünyada koronavirusa yoluxanların sayı 525 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 525 milyonu ötüb Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Sağlamlıq
20 May , 2022 07:24
Dünyada koronavirusa yoluxanların sayı 525 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 525 milyonu ötüb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, dünyada COVID-19-a yoluxanların sayı 525 494 493 nəfərə çatıb.

Koronavirus pandemiya dövründə 6 296 574 nəfər COVID-19-dan vəfat edib, koronavirus diaqnozu qoyulmuş 495 239 680 nəfər sağalıb.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma ABŞ (84 775 029), Hindistan (43 131 135), Braziliya (30 752 226), Fransa (29 291 146), Almaniya (26 013 283), Böyük Britaniya (22 232 377), Rusiyada (18 278 617) aşkarlanıb.

ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir. Pandemiya dövründə bu ölkədə 1 028 191 (son gün ərzində daha 143 nəfər) COVID-19-dan ölüb.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi