Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 440 172 104 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 972 607 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 79 143 716 nəfərə çatıb, 954 518 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 945 160 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 514 388 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 28 846 495 nəfər virusa yoluxub, onlardan 650 254 nəfəri ölüb.
Yoluxma sayına görə Fransa dördüncü yerə çıxıb. Ölkədə indiyədək virusa 23 017 711 nəfərin yoluxduğu, onlardan 139 781 nəfərin isə öldüyü qeydə alınıb.