Dünyada koronavirusa yoluxanların sayı 415,5 milyonu ötüb
- 16 fevral, 2022
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 415 508 498 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 837 873 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 78 038 251 nəfərə çatıb, 925 441 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 723 558 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 509 872 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 27 677 46 nəfər virusa yoluxub, onlardan 640 076 nəfəri ölüb.