Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu keçib.
Sağlamlıq
19 Yanvar , 2022 23:44
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu ötüb

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu keçib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Pandemiya başlayandan bugünədək 332 617 707 nəfər koronavirusa yoluxub, 5 551 314 nəfər isə infeksiyadan dünyasını dəyişib.

Gün ərzində yoluxanların sayı 3 156 986 nəfər, ölənlərin sayı 6 889 nəfər artıb.

Koronavirus pandemiyasının bütün müddəti üzrə rekord bu ilin yanvarın 12-də qeydə alınıb, sutka ərzində 3 519 158 yoluxma halı aşkar edilib.

Ən çox yoluxma halları ABŞ (66 254 888), Hindistan (37 901 241) və Braziliyadadır (23 074 791).

Son xəbərlər

Orphus sistemi