Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötüb Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 188 milyon nəfəri ötüb.
Sağlamlıq
13 İyul , 2021 04:27
Dünyada koronavirusa yoluxanların sayı 188 milyonu ötüb

Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 188 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, infeksiya səbəbindən ölənlərin sayı 4 252 873 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Yoluxanların sayına görə ikinci yerdə Hindistan qərarlaşıb.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi