Dünyada koronavirusa yoluxanların sayı yenidən artıb

Dünyada koronavirusa yoluxanların sayı yenidən artıb Dünyada COVID-19-a yoluxanların sayı 112,64 milyon nəfəri ötüb
Sağlamlıq
27 Fevral , 2021 03:22
Dünyada koronavirusa yoluxanların sayı yenidən artıb

Dünyada COVID-19-a yoluxanların sayı 112,64 milyon nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 112 649 371 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 501 229 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 427 644 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 10 093 pasiyent təhlükəli infeksiyadan ölüb.

Qeyd edək ki, bu həftənin əvvəlində koronavirusa yoluxanların sayında azalma müşahidə edilsə də, həftəsonu yoluxma sayı yüksəlməyə başlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi