Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 194 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 194 milyonu ötüb Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artmaqda davam edir.
Sağlamlıq
24 İyul , 2021 05:45
Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 194 milyonu ötüb

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı artmaqda davam edir.

“Report” pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, dünyada yoluxanların ümumi sayı 194 006 815, ölənlər isə 4 159 476 nəfərə çatıb. Müalicə alan 176 110 068 nəfər sağalıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,2 milyon), Hindistan (31,3 milyon), Braziliya (19,6 milyon), Rusiya (6 milyon), Fransa (5,9 milyon) və Böyük Britaniyada (5,6 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi