Dünyada COVID-19-dan ölənlərin sayı 5,2 milyon nəfərə çatır

Dünyada COVID-19-dan ölənlərin sayı 5,2 milyon nəfərə çatır Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 260 679 482 nəfərə çatıb.
Sağlamlıq
131
27 Noyabr , 2021 11:19
Dünyada COVID-19-dan ölənlərin sayı 5,2 milyon nəfərə çatır

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 260 679 482 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 189 507 nəfər təşkil edir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 48 177 910 nəfərə çatıb, 776 349 nəfər infeksiya səbəbindən vəfat edib.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 563 749 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 467 933 nəfər ölüb.

Yoluxma sayına görə üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 22 67 min 630 nəfər virusa yoluxub, onlardan 613 957 nəfəri dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi