Dünyada COVID-19-a yoluxanların sayı 290 milyon nəfəri ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 290 milyon nəfəri ötüb Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 290 milyon nəfəri, ölənlərin sayının isə 5,44 milyonu keçdiyini bildirib.
Sağlamlıq
6 Yanvar , 2022 04:14
Dünyada COVID-19-a yoluxanların sayı 290 milyon nəfəri ötüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxanların sayının 290 milyon nəfəri, ölənlərin sayının isə 5,44 milyonu keçdiyini bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, ÜST 290 959 532 yoluxma və 5 446 753 ölüm haqqında məlumat əldə edib. Ümumilikdə, sutka ərzində yoluxanların sayı 1 276 532 nəfər, ölənlərin sayı 4 632 nəfər artıb.

Son bir həftə ərzində gündəlik altı dəfə bir milyondan çox yoluxma artımı qeydə alınıb. Pandemiyanın bütün dövrü üçün (2020-ci ilin yazından bu günə kimi-red) antirekord 2022-ci il yanvarın 1-də qeydə alınıb. Həmin gün 1 859 485 yoluxma halı qeydə alınıb. ÜST-ün statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuşlar və ölümlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.

Qeyd edilir ki, ÜST-ə bildirilən ən çox koronavirusa yoluxma halı ABŞ-da olub. Birləşmiş Ştatlarda ümumilikdə 54 910 550 yoluxma qeydə alınıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi