Dünyada COVID-19-a yoluxanların sayı 170 milyon nəfərə çatır

Dünyada COVID-19-a yoluxanların sayı 170 milyon nəfərə çatır Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 169 953 037 təşkil edir.
Sağlamlıq
30 May , 2021 23:38
Dünyada COVID-19-a yoluxanların sayı 170 milyon nəfərə çatır

Dünyada koronavirusa yoluxma ilə bağlı qeydə alınmış halların sayı 169 953 037 təşkil edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti bildirib.

Qeyd edilir ki, virusun yayılmasının başlanğıcından bu günə kimi dünyada COVID-19-dan ölənlərin sayı 3 533 629 nəfərə çatıb.

COVID-19-a yoluxma hallarının 15 milyondan çox olduğu ölkələrin siyahısının ilk üçlüyünə ABŞ, Hindistan və Braziliya daxildir.

Virusa yoluxma və ölüm hallarının sayına görə ABŞ lider olaraq qalır. Birləşmiş Ştatlarda COVID-19-a 33 251 944 yoluxma və 594 306 ölüm qeydə alınıb.

Yoluxma halların sayına görə ikinci yeri Hindistan tutur. Cənubi Asiyanın bu ölkəsində COVID-19-a yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 27 894 800-dür, eyni zamanda 325 972 nəfər virusdan ölüb.

Dünyada koronavirusa yoluxma hallarının sayı üzrə siyahıda üçüncü yerdə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya ərzində 16 471 600 yoluxma qeydə alınıb. COVD-19-a yoluxanlardan 461 057 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi