Dünyada COVID-19-a sutkalıq yoluxmada antirekord qeydə alınıb

Dünyada COVID-19-a sutkalıq yoluxmada antirekord qeydə alınıb Dünyada koronavirusa sutka ərzində yoluxma hallarında yenidən antirekord qeydə alınıb.
Sağlamlıq
25 Oktyabr , 2020 02:27
Dünyada COVID-19-a sutkalıq yoluxmada antirekord qeydə alınıb

Dünyada koronavirusa sutka ərzində yoluxma hallarında yenidən antirekord qeydə alınıb.

Bu barədə “Report” Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadən xəbər verir.

ÜST-ün məlumatına görə, son sutka ərzində COVID-19-a 465 322 yoluxma aşkarlanıb.

Bundan əvvəlki antirekord oktyabrın 23-də qeydə alınıb. Həmin gün dünyada koronavirusa sutkalıq yoluxma 445 419 təşkil edib.

Pandemiya ərzində dünyada COVID-19-a 42,5 milyondan çox yoluxma aşkarlanıb. Dünyada koronavirusdan 1,1 milyondan çox insan ölüb.

Son xəbərlər

Orphus sistemi