Dövlət Agentliyinin icbari sığorta üzrə müqavilə bağladığı tibb müəssisələrinin sayı 153-ə çatıb

Dövlət Agentliyinin icbari sığorta üzrə müqavilə bağladığı tibb müəssisələrinin sayı 153-ə çatıb İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari sığorta üzrə müqavilə bağladığı tibb müəssisələrinin sayı 153-ə çatıb.
Sağlamlıq
14 Dekabr , 2023 11:10
Dövlət Agentliyinin icbari sığorta üzrə müqavilə bağladığı tibb müəssisələrinin sayı 153-ə çatıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari sığorta üzrə müqavilə bağladığı tibb müəssisələrinin sayı 153-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

"Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıq. Bu il isə daha 42 müəssisə ilə müqavilə bağlamışıq və sayı 153-ə çatdırmışıq. Bu, təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq edilib. Hazırda müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, 19 rayon da var. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərləri, 20%-i isə regionların payına düşür", - o qeyd edib.

Z.Əliyev həmçinin bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə özəl tibb müəssisəsinə verilən göndəriş sayında 17% artım olub: "Göndərişlərin 94%-i planlı göndərişlərin payına düşüb".

Son xəbərlər

Orphus sistemi