Dövlət Agentliyində iclas keçirilib

Sağlamlıq
  • 13 aprel, 2022
  • 11:10
Dövlət Agentliyində iclas keçirilib

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın Tədbirlər Planına uyğun olaraq yerli komissiyaların potensialının artırılması istiqamətində təkliflərin müzakirəsi ilə bağlı distant iclas keçirilib.

Bu barədə "Report"a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirə müvafiq dövlət qurumlarının nümayəndələri qatılıblar.

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova da çıxış edib.