Xəstəxanalarda vətəndaşların KT və MRT müayinələrini uzun müddət gözləməsi ilə bağlı tədbirlər görüləcək

Xəstəxanalarda vətəndaşların KT və MRT müayinələrini uzun müddət gözləməsi ilə bağlı tədbirlər görüləcək Xəstəxanalarda vətəndaşların KT və MRT müayinələrini uzun müddət gözləməsi ilə bağlı tədbirlər görüləcək.
Sağlamlıq
14 Dekabr , 2023 12:25
Xəstəxanalarda vətəndaşların KT və MRT müayinələrini uzun müddət gözləməsi ilə bağlı tədbirlər görüləcək

Xəstəxanalarda vətəndaşların KT və MRT müayinələrini uzun müddət gözləməsi ilə bağlı tədbirlər görüləcək.

"Report"un məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, tibbin sürətli inkişafı avadanlıqların zamanla köhnəlməsinə səbəb olur: "Yeni avadanlıqların alınması da kifayət qədər vəsait tələb edir. Təbii ki, müraciət və tələbatlar nəzərə alınaraq dövlət xəstəxanalarında müvafiq olaraq mərhələli şəkildə tibbi avadanlıqların yenilənməsi təmin edilir. Lakin tibbi cihazların qiymətini nəzərə alsaq, bu prosesin bir anda baş verməsi mümkün deyil. Eləcə də regionlardakı xəstəxanalarda Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarının yenilənməsi nəzərdə tutulub. Hətta gələn il ərzində bir neçə xəstəxana üçün bu avadanlıqların təmin edilməsi həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi