Direktor: “Azərbaycanda vərəmə yoluxan xəstələr 25-44 yaş arası olan insanlardır”
- 05 iyul, 2023
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda vərəmə yoluxan xəstələr təxminən 25-44 yaş arası olan insanlardır”.
“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı keçirilən multi-sektoral görüşdə çıxışı zamanı deyib.
O bildirib ki, vərəmə yoluxmuş xəstələr arasında əsasən kişilər, yəni ailə başçıları və fiziki aktiv insanlar yer alır: “Vərəm ən çox halda, yəni 36 % həmin insanları hədəf seçir. Pandemiya dövründə (2020-2021-ci illərdə) vərəmi yoluxma aşkarlanma halları aşağı düşmüşdü. Lakin həmin müddətdə vərəmdən ölüm halları artmışdı”.
“Avropada olan 5 risk faktoru bizim ölkədə də keçərlidir. Ölkə üçün şəkərli diabet xəstələr də risk faktoru sırasındadır. Protokollarda da yazılıb ki, skrininq olunsun və vərəmə görə yoxlanılsın”, - İ.Axundova əlavə edib.