Dərmanların içlik vərəqələrinin dili ilə bağlı monitorinqin ikinci mərhələsinə başlanılıb

Dərmanların içlik vərəqələrinin dili ilə bağlı monitorinqin ikinci mərhələsinə başlanılıb Monitorinqin yekunlaşdırılması mart ayına planlaşdırılır
Sağlamlıq
102
8 Yanvar , 2015 17:20
Dərmanların içlik vərəqələrinin dili ilə bağlı monitorinqin ikinci mərhələsinə başlanılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Dərman vasitələrinin içlik vərəqələrinin dili ilə bağlı monitorinqin ikinci mərhələsinə start verilib. Bu barədə "Report"a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin böyük elmi işçisi Zamiq Təhməzov məlumat verib.

Onun sözlərinə görə, birinci mərhələnin monitorinqi zamanı 100-dən artıq preparat tədqiqata cəlb olunub: "İkinci mərhələdə daha çox preparatın monitorinqə cəlb olunması nəzərdə tutulur. Monitorinqin yekunlaşdırılması mart ayına planlaşdırılır. Ümumilikdə isə monitorinqlərin 2016-2017-ci illərdə tam yekunlaşması nəzərdə tutulub. Məqsədimiz bütün preparatlarda içlik vərəqələrinin Azərbaycan dilində olması və məlumat dilinin xəstələr üçün aydın olmasına nail olmaqdır. Misal olaraq, bir səhifədən ibarət olan içlik vərəqəsində eyni sözdən çox istifadə olunmasını göstərə bilərik. Həmçinin cümlələrin çoxunda cümlə quruluşunun ardıcıllığı normalara cavab vermir".

Z.Təhməzov qeyd edib ki, tərcümə ilə yalnız həmin ölkənin dilini bilən deyil, həm də Azərbaycan ədəbi dilini, qrammatikasını, eləcə də tibb sahəsindən məlumatı olan biri məşğul olmalıdır.

Son xəbərlər

Orphus sistemi