Deputat: "Türkiyə ilə Azərbaycanın səhiyyə sahəsindəki əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir"

Deputat: "Türkiyə ilə Azərbaycanın səhiyyə sahəsindəki əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir" "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə davam edir. Bu əməkdaşlıq digər sahələrdə olduğu kimi tibb sahəsində də geniş şəkildə inkişaf etməyə başlayıb".
Sağlamlıq
29 İyun , 2022 17:10
Deputat: Türkiyə ilə Azərbaycanın səhiyyə sahəsindəki əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir

"Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə davam edir. Bu əməkdaşlıq digər sahələrdə olduğu kimi tibb sahəsində də geniş şəkildə inkişaf etməyə başlayıb".

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli Azərbaycanın Bona Dea Beynəlxalq Xəstəxanası ilə Türkiyənin “LIV Medical Group” tibb şəbəkəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, əməkdaşlıqlar Türkiyənin səhiyyə sisteminin müsbət tərəflərinin Azərbaycanda öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Həmçinin yeni səhiyyə texnologiyalarının Azərbaycanda tətbiqi istiqamətində çox mühüm əməkdaşlıq planları var. “LIV Medical Group” tibb şəbəkəsinin Türkiyədəki fəaliyyətinə nəzər yetirsək, onun bir çox böyük şəhərlərdə mərkəzləşmiş səhiyyə xidmətləri göstərdiyini görərik. Onlarda hər bir insana yönəlmiş tibb tətbiqindən geniş istifadə olunur. Tibb şəbəkəsi xidmətləri dünyanın ən son texnologiyaları, protokollarını özündə ehtiva edir. Həmçinin hər bir xəstəyə özünəməxsus yanaşmaları var. Bunlar da XXI əsrin təbabətinin tətbiqidir. “LIV Medical Group”un səhiyyə idaretməsinin modernizasiyası və səhiyyə sektorunda sürətli idarəetmə, optimallaşma və rəqəmsal idarəetmədən istifadə etməsi digər sahələrdə, hətta dövlət sektorunda bu idarəetmədən geniş istifadəyə gətirib çıxaracaq. Bu baxımdan Türkiyə ilə Azərbaycanın əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir”.

Son xəbərlər

Orphus sistemi