Daha bir mağazada nöqsanlar aşkar olunub

Daha bir mağazada nöqsanlar aşkar olunub Araşdırmalar davam etdirilir
Sağlamlıq
15 Aprel , 2021 17:44
Daha bir mağazada nöqsanlar aşkar olunub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

"Report" xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndi, Təzə bazar ərazisində yerləşən, fiziki şəxs Əliyev İmaməddin Məhərrəm oğluna məxsus bitki dərmanları və toxumları mağazasında yoxlama keçirilib.

Yoxlama zamanı mağazada məhsulların saxlanma qaydasına əməl olunmadığı, bəzi toxumların üzərində mənşəyi, istehsal və son istifadə tarixlərinin əks olunmadığı aşkar olunub. Eyni zamanda yararlıq müddəti bitmiş pestisid və toxumların geri qaytarılmasını təsdiq edən sənədlər mövcud olmadığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Son xəbərlər

Orphus sistemi