Daha 4 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı

Daha 4 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 29 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
15 Mart , 2021 14:51
Daha 4 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 29 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

"EMİL-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

İstehsal

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

2

TAHİR AĞAYEV XALİD OĞLU

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

MƏTLƏB ZEYNALOV HÜSEYNQULU OĞLU

İctimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

4

ELXAN XƏLƏFOV ELDAR OĞLU

İctimai iaşə

Sahibkar hal-hazırda fəaliyyət göstərmir

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi