Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı 63 sahibkarlıq subyekti isə qida təhlükəsizliyi qeydiyyatına alınıb
Sağlamlıq
150
17 Fevral , 2021 14:25
Daha 3 sahibkarlıq subyekti qeydiyyata alınmadı

“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 63 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

"Report" xəbər verir ki, qeyd edilən tarixdə 3 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

RAULİ BABACANAŞVİLİ QEORQİYEVİÇ

İstehsal

Müvafiq sahə üzrə fəaliyyət həyata keçirilmir

2

ZAUR HƏSƏNOV ELXAN OĞLU

Topdan satış

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

3

"X.B İMPORT" Məhdud Məsuliyyətli Cəmiyyəti

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Son xəbərlər

Orphus sistemi