ÜST rəsmisi: “Dәrin depressiyası olan insanların 75%-i adekvat müalicә almır”

ÜST rəsmisi: “Dәrin depressiyası olan insanların 75%-i adekvat müalicә almır” 2015-ci ildә aşağı vә orta gәlirli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr dörd dәfә çox intihara әl atıblar
Sağlamlıq
6 Aprel , 2017 10:10
ÜST rəsmisi: “Dәrin depressiyası olan insanların 75%-i adekvat müalicә almır”

Bakı. 6 aprel. REPORT.AZ/ Avropa regionunda depressiya pozğunluğu olan insanların sayı 40 milyon nәfәr tәşkil edir. 

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda bildirilir.

ÜST-ün Avropa regional bürosunun direktoru Zsuzsanna Jakabın sözlәrinә görә, depressiyanın müalicә vә profilaktikasının mümkün olduğuna baxmayaraq, dәrin depressiyası olan insanların әn az 75%-i adekvat müalicә almır: “Depressiya 15-29 yaş arasında insanların ölüm hallarının sәbәbi kimi yol-nәqliyyat hadisәlәrindәn sonra ikinci yerdә olan suisidә gәtirә bilәr”.

O bildirib ki, kişilәrlә müqayisәdә qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında intihar hallarının sayı daha çoxdur: “2015-ci ildә aşağı vә orta gәlirli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr dörd dәfә çox intihara әl atıblar”.

Son xəbərlər

Orphus sistemi