ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Baydenin COVID-19 testi yenidən müsbət çıxıb.
Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.
"Dünən COVID-19 testi mənfi çıxdıqdan sonra Cill Baydenin yenicə verdiyi testin nəticəsi müsbət çıxdı", - ABŞ-ın birinci xanımının ofisindən verilən açıqlamada bildirilir.
Qeyd edilir ki, hazırda Cill Baydendə koronavirusun əlamətləri müşahidə edilmir, o, Delaverdə təcridini davam etdirəcək. Məlumata görə, Cozef Baydenin koronavirus testinin nəticəsi mənfi olub.
Qeyd edək ki, Cill Baydenin avqustun 16-da koronavirusa yoluxub, avqustun 21-də testinin nəticəsi mənfi olub. ABŞ-ın birinci xanımı bundan sonra təcrid rejimini dayandırıb.
Xatırladaq ki, ABŞ Prezidenti də COVID-19-dan sağalıb, lakin testinin nəticəsi bir neçə gün sonra müsbət çıxdığından ikinci dəfə karantinə alınıb.
ABŞ-da dünyada koronavirusa yoluxma və ölüm sayına görə birinci yerdədir.