COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olunub

Sağlamlıq
  • 08 dekabr, 2021
  • 22:45
COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olunub

İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən “omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.

Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.

Mövcud testlərin əksəriyyətinə nisbətən daha ağrısız olan yenisi həm kütləvi, həm də ev şəraitində tətbiq edilə bilər.