COVAX Azərbaycana ayrılacaq vaksinin həcmini açıqlayıb
Sağlamlıq
- 04 fevral, 2021
- 06:47
COVAX platforması ölkələr arasında koronavirus əleyhinə vaksinin bölüşdürülməsi üzrə proqnozunu dərc edib.
“Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan 506 400 doza peyvənd əldə edəcək.
Qonşu Gürcüstana 214 050, Ermənistana isə 146 400 doza çatdırılacaq.
Vaksinlərin dünyanın 145 ölkəsi üzrə bölgüsü fevral ayında həyata keçiriləcək. Təqdim olunacaq dozalar hər bir ölkədə əhalinin, təxminən, 3,3 %-nin peyvəndləməsinə kifayət edəcək.
Peyvəndlərin paylanılmasının bu ilin iyun ayınadək başa çatdırılması nəzərdə tutulub.
COVAX-dan qeyd olunub ki, sənəd ilkin proqnozlara əsaslanıb və rəqəmlər dəyişə bilər. Platforma vasitəsilə “AstraZeneca”, “Pfizer” və onun alman tərəfdaşı “BioNTech” şirkətinin vaskinləri paylanılacaq.
Son xəbərlər
19:52
Kallas: Qrenlandiyanın suverenliyi ticarət mövzusu deyil
Digər19:47
Vuçiç: Prezident İlham Əliyev mənim dostumdur
Xarici siyasət19:45
Vaaqn Xaçatryan: Ümid edirəm ki, Azərbaycandan mallar birbaşa Ermənistana daxil olacaq
Region19:45
İlham Əliyev: Torpaq itkiləri və milyon məcburi köçkünə baxmayaraq biz ümidimizi itirmədik
Xarici siyasət19:41
Fon der Lyayen: Aİ Qrenlandiya üçün investisiya və müdafiə paketi hazırlayır
Digər ölkələr19:35
Prezident: Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir
Xarici siyasət19:34
Foto
Avropalı fermerlər Ursula fon der Lyayenin istefasını tələb edirlər
Digər ölkələr19:25
İlham Əliyev: Avqustda paraflanan sənədin unikallığı onun qanlı münaqişədən cəmi iki il sonra razılaşdırılmasıdır
Xarici siyasət19:22