Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında olub

Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında olub Çindən Azərbaycana gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.
Sağlamlıq
11 Avqust , 2020 11:03
Çindən gələn həkimlər Respublika Klinik Xəstəxanasında olub

Çindən Azərbaycana gələn tibb ekspertləri Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olub.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd olunub ki, ekspertlər qeyri-COVID xəstəxanasında stasionar və poliklinik şöbələrdə yaradılan şəraitlə, pasiyentlərin qəbulu prosesi, xəstələrin çeşidlənməsi və payız-qış mövsümünə hazırlıqla tanış olublar. 

Eyni zamanda TƏBİB-in mütəxəssisləri ilə praktiki və nəzəri fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparılması məqsədilə Çin hökuməti bir qrup tibbi eksperti ölkəyə göndərib.

Son xəbərlər

Orphus sistemi