Ceyhun Bayramov: "Azərbaycanla Rusiya pandemiyaya qarşı uğurlu əməkdaşlıq edir"

Ceyhun Bayramov: "Azərbaycanla Rusiya pandemiyaya qarşı uğurlu əməkdaşlıq edir" “Bütün dünyanın, o cümlədən bizim regionun və ölkələrimizin də koronavirus pandemiyası ilə üzləşdiyi ilk günlərdən bizə göstərilən dəstək və məsləhətlərə görə minnətdarıq”.
Sağlamlıq
26 Avqust , 2020 17:40
Ceyhun Bayramov: Azərbaycanla Rusiya pandemiyaya qarşı uğurlu əməkdaşlıq edir
Ceyhun Bayramov

“Bütün dünyanın, o cümlədən bizim regionun və ölkələrimizin də koronavirus pandemiyası ilə üzləşdiyi ilk günlərdən bizə göstərilən dəstək və məsləhətlərə görə minnətdarıq”.

Bunu “Report”un Rusiya bürosuna Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı bildirib.

“Xeyli birgə videokonfrans keçirilmişdi. Rusiyalı həkimlərin bizə ezam olunması Azərbaycanda yüksək qiymətləndirilir. Rusiya bizə test dəstləri də göndərib... Həmçinin ölkərəmizin ayrı-ayrı qurumları arasında əməkdaşlığın mühüm əlaməti kimi Azərbaycanda olan Rusiya vətəndaşlarını və Rusiyada olan Azərbaycan vətəndaşlarını geri qaytarmaq işlərini də xüsusi qeyd etmək istərdim”, - nazir qeyd edib.

Koronavirusa qarşı hazırlıq mərhələsində olan ikinci peyvəndi əldə etməkdə maraqlı olduqlarını dilə gətirən Xarici İşlər naziri bununla bağlı deyib: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri kimi bu təşkilatın tövsiyələrinə əməl edirik. Bu baxımdan ÜST tərəfindən dərmana akkreditasiya verilməsi bizim üçün çox mühümdür. Həmçinin bu, Azərbaycanla Rusiyanın uğurlu əməkdaşlıq edəcəyi bir sahədir”.

Son xəbərlər

Orphus sistemi