Cənubi Koreyada ağır koronavirus xəstələrinin sayı maksimum həddə çatıb

Cənubi Koreyada ağır koronavirus xəstələrinin sayı maksimum həddə çatıb Koreya Respublikasında ağır və kritik vəziyyətdə olan koronavirus xəstələrinin sayı 549 nəfərə çatıb.
Sağlamlıq
102
23 Noyabr , 2021 13:30
Cənubi Koreyada ağır koronavirus xəstələrinin sayı maksimum həddə çatıb
0 : 00
0 : 00

Koreya Respublikasında ağır və kritik vəziyyətdə olan koronavirus xəstələrinin sayı 549 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu, pandemiya baş qaldırandan indiyədək ən yüksək göstəricidir.

Güman edilir ki, bu, xəstəxanalarda yataq çatışmazlığına səbəb ola bilər.

Dünən ölkədə 2698 yeni yoluxma halı qeydə alınıb. Xəstəliyi ağır keçirən şəxslərin, təxminən, 90%-ni 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Pandemiya baş qaldırandan indiyədək ölkədə 420 950 nəfər koronavirus infeksiyasına yoluxub. Ötən gün isə COVID-19 səbəbindən 30 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi