K vitamini çatışmazlığı COVID-19 zamanı ağırlaşmalara səbəb olur və qəfil ölümə gətirib çıxara bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “İzvestiya” araşdırmaya istinadən yazıb.
Niderland və Belçikadan olan mütəxəssislər hesab edirlər ki, K vitamini çatışmazlığı COVID-19 zamanı ağciyərin daha ağır zədələnməsinə səbəb olan vacib amillərdən biridir.
Həmçinin K vitamini çatışmazlığı damarların zədələnməsinə və tromboz yaranmasına gətirib çıxarır ki, bu da koronavirusa yoluxma zamanı ciddi fəsadlara və qəfil ölümə səbəb olur.
Nəşrin fikirlərini öyrəndiyi mütəxəssislər də avropalı alimlərin gəldiyi qənaəti təsdiqləyərək K vitamininin COVID-19 zamanı ciddi rol oynaya biləcəyini söyləyiblər. Orqanizmin bu maddənin tələb olunan normasını təmin etmək üçün daha çox yaşıl tərəvəz, həmçinin yağlı pendirlər, süd və kərə yağı yemək tövsiyə edilib.