Bu ilin sonunda Pirallahıda ikinci dərman zavodu fəaliyyətə başlayacaq

Bu ilin sonunda Pirallahıda ikinci dərman zavodu fəaliyyətə başlayacaq "Bu ilin sonunda Pirallahı rayonunda ikinci dərman zavodunun açılışı olacaq. Bu zavodda damardaxili məhlullar istehsal ediləcək".
Sağlamlıq
3 Noyabr , 2022 11:15
Bu ilin sonunda Pirallahıda ikinci dərman zavodu fəaliyyətə başlayacaq
Samirə Hüseynova

"Bu ilin sonunda Pirallahı rayonunda ikinci dərman zavodunun açılışı olacaq. Bu zavodda damardaxili məhlullar istehsal ediləcək".

Bunu "Report"a açıqlamasında Diamed Dərman və tibbi plastik məhsulların istehsalı zavodunun direktoru Samirə Hüseynova deyib.

O qeyd edib ki, yeni açılacaq zavodda təxminən 20-yə yaxın adda (natrixlor, ringer, qlükoza və s) dərman vasitəsinin istehsalı nəzərdə tutulur: "Zavodun yerli təlabatı tamamilə ödəməklə yanaşı, xaricə ixrac etmək imkanı da olacaq. Müəssisədə istifadə olunacaq avadanlıqlar yüksək standartlara cavab verən Avropa istehsallı texnikalardır".

Zavod direktoru əlavə edib ki, hazırda fəaliyyət göstərən zavodda əvvəl 2,5, 10 və 20 qramlıq şprislə istahsala başlanılsa da, bu gün 50 adda tibbi plastik məhsulları istehsal olunur: "Nəinki şpris, eləcə də istehsal etdiyimiz digər məhsullar Azərbaycanın 100 %-lik təlabatını ödəməyə imkanı var. Hətta xaricə ixrac üçün istehsal gücümüz də var. Gələn il birinci rübündə istehsal edilən məhsul çeşidinin artırılması da planlaşdırılır. Zavodun tək şprislər üçün istehsal gücü 150 milyon ədəddən çoxdur. Azərbaycanın bu sahədəki təlabatı isə 130 milyondur".

Son xəbərlər

Orphus sistemi