Bu ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub

Bu ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub "Hər ay rayonlarda heyvan dişləməsi haqqında məlumatlar toplanılır və təhlil edilir".
Sağlamlıq
18 May , 2022 15:16
Bu ilin ilk 3 ayında Azərbaycanda 7051 heyvan dişləməsi hadisəsi olub

"Hər ay rayonlarda heyvan dişləməsi haqqında məlumatlar toplanılır və təhlil edilir. 2022-ci ilin 3 ayı ərzində 7051 dişləmə hadisəsi olub".

“Report” xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova deyib.

O bildirib ki, dişləmə hadisələri daha çox itlərin hücumu nəticəsində olub:

“Bu ilki rəqəmlərdən təxminən 500-600-ü it dişləmələri olub. 672 hadisə isə pişik cırmaqlaması olub”.

C.Cəfərovanın sözlərinə görə, dişləməyə daha çox məruz qalanlar uşaqlardır: “Çünki onlar təhlükəni dərk etmir və haradan gəldiyini bilmirlər.

Həmçinin kişilər arasında da heyvan dişləməsinə məruz qalma müşahidə olunur. Bu da əsasən rayon və kənd yerlərində maldarlıqla məşğul olanlardır”.

Şöbə müdiri bildirib ki, bu il Azərbaycanda vəhşi heyvan dişləməsi qeydə alınmayıb.

Onun sözlərinə görə, bu il quduzluğa yoluxma və quduzluqdan ölüm halı baş verməyib.

Son xəbərlər

Orphus sistemi