Bu il Əmək Müfəttişliyinə 7149 şikayət daxil olub

Bu il Əmək Müfəttişliyinə 7149 şikayət daxil olub 2022-ci ilin yanvar-iyul ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 7149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən gön
Sağlamlıq
8 Avqust , 2022 15:10
Bu il Əmək Müfəttişliyinə 7149 şikayət daxil olub

Bu il Dövlət Əmək Müfəttişliyi Xidmətinə 7149 şikayət ərizəsi daixl olub.

Bu barədə "Report" a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlıumat verilib.

Bildirilib ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşlardan daxil olmuş 7149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 4521 məktub araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 6042 vətəndaş fərdi qaydada qəbul edilib.

Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Əmək hüquqları pozulan şəxslər Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada ([email protected]), sosial şəbəkələr vasitəsilə və ya poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi 37) müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Həmçinin xidmətin əməkdaşlarının törətdiyi korrupsiya halı ilə bağlı Xidmətin “Məlumat mərkəzi”nə (daxili nömrə “1”) məlumat verə bilərlər. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” qanunun tələblərinə əsasən cavablandırılır.

Son xəbərlər

Orphus sistemi