Bu günə qədər əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb

Bu günə qədər əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb Fevralın 15-ə olan məlumata görə, 23 rayon üzrə tibb müəssisələrinə 381 482 nəfər müraciət edib. Orada 1 321 592 tibbi xidmət göstərilib.
Sağlamlıq
109
20 Fevral , 2020 11:14
Bu günə qədər əhaliyə göstərilən tibbi xidmətlərin sayı açıqlanıb
shutterstock

"Fevralın 15-ə olan məlumata görə, 23 rayon üzrə tibb müəssisələrinə 381 482 nəfər müraciət edib. Orada 1 321 592 tibbi xidmət göstərilib".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında (YAP) keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ən çox xidmət göstərilən tibb müəssisəsi Mingəçevir Şəhər və Yevlax Rayon Mərkəzi Xəstəxanası olub.

Z.Əliyev qeyd edib ki, bu gün 5 ərazi tibbi bölməsi - Şəki-Zaqatala, Bərdə-Yevlax, Quba-Xaçmaz, Göyçay-Kürdəmir və Dağlıq Şirvan fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi