Bu gündən bəzi tibb müəssisələri yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SİYAHI

Bu gündən bəzi tibb müəssisələri yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SİYAHI Bu gündən bəzi tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Sağlamlıq
1 Yanvar , 2023 08:16
Bu gündən bəzi tibb müəssisələri yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib - SİYAHI

Bu gündən bəzi tibb müəssisələri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

"Report" xəbər verir ki, həmin tibb müəssisələri aşağıdakılardır:

- Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri

- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

- Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu

- V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu,

- Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

- Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

- Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

- Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

- Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ildəki müvafiq qərarı ilə həmin tibb ocaqları Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-in tabeliyinə verilmişdi.

Son xəbərlər

Orphus sistemi