Bu ay 4 dondurma istehsalı sahəsində yoxlamalar keçirilib

Bu ay 4 dondurma istehsalı sahəsində yoxlamalar keçirilib Sərinləşdirici içkilər istehsal edən 6 müəssisə də yoxlanılıb
Sağlamlıq
29 İyun , 2015 14:01
Bu ay 4 dondurma istehsalı sahəsində yoxlamalar keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Səhiyyə Nazirliyinin Gigiyena və epidemiologiya Mərkəzi bu ay Azərbaycanda fəaliyyət göstərən 4 dondurma istehsalı sahəsində və 6 sərinləşdirici içkilər istehsalı sahəsində yoxlamalar keçirib. Nazirlikdən "Report"a verilən xəbərə görə, mövsüm ərzində dondurma istehsalı müəssisələrində sanitariya qayda və normalarının pozulması barədə müraciətlər olsa qanunvericiliyə uyğun yoxlamalar davam edəcək.

Xatırladaq ki, ölkənin baş dövlət sanitariya həkiminin müavininin qəbul etdiyi 21 saylı 06.07.2006-cı il tarixli qərarla əhalinin kütləvi toplaşdığı ərazilərdə, park və meydanlarda, pərakəndə ticarət yerlərində açıq şəraitdə qazlaşdırılmış suların və sərinləşdirici içkilərin satışı qadağan edilib.

Açıq halda kvas satışı zamanı sanitariya qayda və normalarının ciddi pozulması hallarına yol verilməsi nəzərə alınaraq istehsal edilən açıq kvas məhsuluna gigiyenik sertifikatlar verilməyib.

Son xəbərlər

Orphus sistemi