Braziliyada bir gündə virusa yoluxma 50 min nəfərə yüksəlib

Braziliyada bir gündə virusa yoluxma 50 min nəfərə yüksəlib Braziliyada koronavirusa yoluxmailə bağlıtəsdiq edilmiş halların sayıbir gün ərzində49min298nəfər olub.
Sağlamlıq
584
20 Avqust , 2020 05:09
Braziliyada bir gündə virusa yoluxma 50 min nəfərə yüksəlib

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 49 min 298  nəfər olub.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 1 212 nəfər ölüb. Bununla ümumi ölüm sayı 111 min nəfərə yüksəlib. Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 3 456 652 yoluxma aşkar edilib.   

Qeyd edək ki, Braziliya həm koronavirusa yoluxma hallarına, həm də COVID-19 qurbanlarının sayına görə dünyada ikinci yerdədir.

Orphus sistemi