Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 533 xəstə ölüb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 533 xəstə ölüb Bu ilin ötən dövründə qeydə alınan ölüm hallarının 62-si xəstəxanada, digərləri isə evdə baş verib
Sağlamlıq
15 Oktyabr , 2015 13:17
Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən 533 xəstə ölüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Bu ilin ötən dövrü ərzində Azərbaycanda 533 hemodializ xəstəsində letal sonluq qeydə alınıb. Onlardan 218 nəfəri Bakı şəhərində, 315 nəfəri isə regionlarda yaşayan insanlardır". Bunu "Report"a açıqlamasında M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib.

Şöbə müdirinin sözlərinə görə, ölüm hallarının geniş analizi aparılıb: "Letal sonluğun əsas səbəbini 90 faiz kəskin ürək qan-damar çatışmazlığı təşkil edir. Dünyanın hər yerində bu göstərici eynidir. Dializ olunmaq ömürlük müalicə deyil. Bu, sadəcə ömrü bir az uzatmaq üçündür. Ona görə də xəstənin həyatı gec-tez bitəcək. Bu il qeydə alınan ölüm hallarının 62-si xəstəxanada, digərləri isə evdə baş verib".

O bildirib ki, Azərbaycanda dializ xəstələrinin yaşama müddəti təxminən 5 ildir: "Azərbaycanda 5 illik yaşama müddəti 51%-dən yuxarıdır. Hazırda ölkədə hemodializ müalicəsinə cəlb olunan xəstələrinin yaş həddi 9-78 yaş arasındadır. Buna baxmayaraq, bu il üçün 6 və 82 yaşlı xəstələr də qeydə alınıb".

F.Babayev qeyd edib ki, bu ilin yanvar ayından oktyabrın 1-nə kimi ölkənin dializ şöbələrinə 812 yeni xəstə qəbul olunub. 

Son xəbərlər

Orphus sistemi