BMT sədri: “Bəşəriyyəti pandemiyadan sonra daha çətin günlər gözləyir”

BMT sədri: “Bəşəriyyəti pandemiyadan sonra daha çətin günlər gözləyir” “Dünya çətin bir ilin sonuna yaxınlaşır. Pandemiyanın hələ də davam etdiyi, ədalətsizlik, ayrı-seçkilik, bərabərsizliklərin artdığı, inkişaf etməkdə olan ölkələrin yükünün daha da ağırlaşdığı və iqlim böhranının həll olunmamış qaldığı dövrdə yaşayırıq”.
Sağlamlıq
398
17 Dekabr , 2021 02:08
BMT sədri: “Bəşəriyyəti pandemiyadan sonra daha çətin günlər gözləyir”
Antoniu Quttereş

“Dünya çətin bir ilin sonuna yaxınlaşır. Pandemiyanın hələ də davam etdiyi, ədalətsizlik, ayrı-seçkilik, bərabərsizliklərin artdığı, inkişaf etməkdə olan ölkələrin yükünün daha da ağırlaşdığı və iqlim böhranının həll olunmamış qaldığı dövrdə yaşayırıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quttereş Nyu-Yorkda jurnalistlərlə keçirdiyi ilin son mətbuat konfransında deyib.

Baş katib koronavirus əleyhinə peyvəndlərin qeyri-bərabər paylanılmasının dünyanın hər yerində insanların və iqtisadiyyatların sağlamlığını pozduğunu açıqlayıb: “BMT ötən müddət ərzində COVID-19-la mübarizdə tam səfərbər olub. İki ay əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu ilin sonuna qədər bütün ölkələrdə insanların 40 faizini, gələn ilin ortalarında isə 70 faizini peyvənd etmək strategiyasını açıqladı. Bu strategiya üzv dövlətlərdən, xüsusən də peyvənd istehsal imkanları və ya böyük ehtiyatları olan ölkələrdən öhdəliklər tələb edir.

Təəssüflə qeyd edim ki, 98 ölkə əhalisinin peyvəndlənməsində bu ilin hədəfinə çata bilməyib. Onlardan 40-ı hələ də əhalisinin 10%-ni peyvənd edə bilməyib. Aşağı gəlirli ölkələrdə əhalinin 4 faizindən az hissəsi tam peyvənd olunub. Yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən 8 dəfə yüksəkdir. Bu göstəricilər ilə Afrika 2024-cü ilin avqustuna qədər sadəcə 70 faizlik həddi yerinə yetirə bilər. Peyvənd qeyri-bərabərliyi dünyanın hər yerində insanların və iqtisadiyyatların sağlamlığını pozur".

BMT rəhbəri qeyd edib ki, dünya ölkələri koronavirusa qalib gəlmək üçün fəaliyyətlərini əlaqələndirməlidirlər:

"Pandemiyaya koordinasiyasız şəkildə qalib gələ bilmərik. Bütün ölkələr, xüsusən də məsuliyyət potensialı olan ölkələr ÜST-ün qlobal 40 faizlik hədəfinə nail olmaq və daha böyük irəliləyiş əldə etmək üçün yaxın günlərdə konkret tədbirlər görməlidir”.

Quterreş həmçinin inkişaf etməkdə olan ölkələrin üzərinə düşən yükün artması, xüsusən pandemiya, dövlət borcunun çoxalması və onların inflyasiya ilə əlaqədar resursları azaltmasından danışıb. O, qeyd edib ki, bundan əlavə, mövcud vəziyyəti davam edən iqlim böhranı da mürəkkəbləşdirir.

“Mən çox narahatam. Vəziyyət yaxşılaşmasa və sürətlə yaxşılaşmasa, bəşəriyyət daha da çətin günlərlə üzləşəcək”, - BMT rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi