BMT: Koronavirus vaksinlərinin cəmi 0,3 faizi kasıb ölkələrə çatdırılır

Sağlamlıq
  • 07 may, 2021
  • 15:43
BMT: Koronavirus vaksinlərinin cəmi 0,3 faizi kasıb ölkələrə çatdırılır

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır azgəlirli ölkələrə tədarük edilən koronavirus vaksinlərinin miqdarını artırmaqla bağlı çağırış edib.

“Report” xəbər verir ki, bu barədə diplomat BMT-nin dünyadakı rolu və çoxşaxəli yanaşmasına dair Təhlükəsizlik Şurasının videoformatdakı iclasında bildirib.

“Qarşımızdakı hədəf bəllidir: ümumi düşmənimizə qalib gəlmək üçün əlimizdə vasitə var. Lakin dünyadakı peyvəndlərin cəmi 0,3 faizi azgəlirli ölkələrə verilib. Bunu düzəldə bilərik və düzəltməliyik” – deyən sədr koronavirus vaksinləri ilə bağlı əqli mülkiyyət hüququnun qorunmasını ləğv etmək istiqamətində atılan addımları alqışlayıb: “Bu vacib qərar vaksin istehsalını artırmağa və nəticədə insan həyatını xilas etməyə yardım edəcək”.

Son xəbərlər

Bütün Xəbər Lenti