BMT BA-nın eks-prezidenti: “Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən uğurla gəldi”

BMT BA-nın eks-prezidenti: “Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən uğurla gəldi” “Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən uğurla gəlməklə yanaşı digər ölkələrə də yardım etmiş ölkələrdən biridir”.
Sağlamlıq
17 İyun , 2022 15:33
BMT BA-nın eks-prezidenti: “Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən uğurla gəldi”

“Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən uğurla gəlməklə yanaşı, digər ölkələrə də yardım etmiş ölkələrdən biridir”.

Bunu “Report”a BMT Baş Assambleyasının (BA) eks-prezidenti, Ekvadorun sabiq xarici işlər naziri Maria Fernanda Espinosa deyib.

“Bu cür çağırışlara hazır olmağın ən yaxşı yolu səhiyyə sistemini gücləndirmək və ona investisiya qoymaqdır. Digər vacib məqam əhalinin hökumətə və peyvəndləməyə olan inamıdır”, - o bildirib.

Sabiq XİN başçısı qadınların pandemiya dövründə səhiyyə sistemində vacib rol oynadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi