BMT: Avropada İİV infeksiyası artmaqda davam edir

BMT: Avropada İİV infeksiyası artmaqda davam edir 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olunur
Sağlamlıq
1 Dekabr , 2014 11:36
BMT: Avropada İİV infeksiyası artmaqda davam edir

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Ümumdünya QİÇS-lə mübarizə Günüdür. BMT-nin İctimai informasiya departamentinin Azərbaycandakı ofisindən "Report"a bildirilib ki, hər il Ümumdünya QİÇS-lə mübarizə Günündə ÜST-ün Avropa üzrə Regional Ofisi ilə Avropa Xəstəliklərinin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) birlikdə Avropada İİV/QİÇS nəzarətini əhatə edən, bütün 53 üzv dövlətlərində İİV və QİÇS hallarının sayı da daxil olmaqla, illik hesabat dərc edir. 

Açıqlamada qeyd olunub ki, Avropada İİV infeksiyası artmaqda davam edir. ECDC (Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi) və ÜST-ün Avropa üzrə Regional Ofisi tərəfindən ən son dərc olunan məlumatlara əsasən 2013-cü ildə, Avropa və Mərkəzi Asiya boyunca 136 000-dən çox yeni İİV halları qeydə alınıb. Bu, 76 000-ə yaxın yeni hal qeydə alınan 2004-cü illə müqayisədə 80% artım olduğunu göstərir. Məlumat verilmiş QİÇS halları son onillikdə AB/AİM (Avropa Birliyi/Avropa İqtisadi Məkanı) üzrə 48% azalma olduğunu göstərdiyi halda, Şərqi Avropa və Mərkəzi Asiyada (EECA)QİÇS-lə yeni qeydə alınanların sayı üç dəfə artıb.

Avropanın İİV-ə cavabı epidemiyaya qarşı mübarizədə geri qalır: 2004-cü illə müqayisədə 80% artıq yeni İİV halları.

“Avropa 2015-ci il üçün,hədəfi İİV/QİÇS-in yayılmasını dayandırmaq və onu azaltmaq olan Minilliyin İnkişaf Məqsədinə çatmağa nail olmayıb və zaman bitir.Yaranan sağlamlıq təhlükələri ilə getdikcə çox üzləşməmiz bizə xatırladır ki, İİV/QİÇS-ə qarşı sayıqlığımızın azalmasına imkan verə bilmərik”, - ÜST-ün Avropa üzrə regional direktoru Zsuzsanna Jakab bildirib.

ÜST-ün risk qrupları üçün İİV-in profilaktikası, diaqnostikası, müalicə və qayğı üzrə yeni Ümumiləşdirilmış ÜST rəhbərlikləri 2014-cü il iyulda nəşr edildi. Rəhbərliklər dövlətlər üçün yeni İİV infeksiyalarını azaltmaq və beş risk qrupunun İİV-in müayinə, müalicə və qayğısından yararlanma imkanını artırmaq istiqamətində addımları təsvir edir.

Qeyd edək ki, hər il dekabrın 1-də İİV/QİÇS barədə maarifləndirmə və pandemiyaya qarşı beynəlxalq həmrəyliyi nümayiş etdirmək məqsədi ilə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi