Bitki sağlamlığı sahəsində hüquqi islahatlar dərinləşdiriləcək

Bitki sağlamlığı sahəsində hüquqi islahatlar dərinləşdiriləcək "Azərbaycan ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icaza verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil".
Sağlamlıq
24 May , 2022 10:21
Bitki sağlamlığı sahəsində hüquqi islahatlar dərinləşdiriləcək

"Azərbaycan ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil".

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bitki Sağlamlığı Forumunda çıxışı zamanı deyib.

Sədr bildirib ki, artıq Azərbaycana idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilib, elektron sistem vasitəsilə həyata keçirilir: "Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməyən, istifadəsinə icazə verilməyən, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil. AQTIS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidler, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da ölkəyə yalnız qeydiyyata alınan va dövriyyəsinə icazə verilən məhsulların idxal olunmasını təmin edir".

Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ halların geniş tətbiqi, özəl sektorun bitki sağlamlığının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.

Son xəbərlər

Orphus sistemi