"Bitki sağlamlığı haqqında" qanun layihəsinin ilkin versiyası hazırdır

"Bitki sağlamlığı haqqında" qanun layihəsinin ilkin versiyası hazırdır Azərbaycanda bitki sağlamlığı sahəsindəki islahatlar və yeniliklər açıqlanıb.
Sağlamlıq
24 May , 2022 12:02
Bitki sağlamlığı haqqında qanun layihəsinin ilkin versiyası hazırdır
Elxan Mikayılov

Azərbaycanda bitki sağlamlığı sahəsindəki islahatlar və yeniliklər açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov Bitki Sağlamlığı Forumunda çıxışı zamanı bildirib ki, "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanır.

O qeyd edib ki, hazırda qanun layihəsinin ilkin versiyası hazırdır: "Layihənin hazırlanmasında məqsəd bitki məhsullarına nəzarətin gücləndirilməsi və beynəlxalq ticarətin asanlaşdırılmasıdır".

Aparat rəhbəri gələcək hədəflərdən də söz açıb: "Hədəflər arasında zərərverici risklərinin idarə edilməsi
sisteminin qurulması, zərərvericilərdən azad zona və təsərrüfatlar yaradılması, Milli Monitorinq Planının icrasının nəticələri əsasında ölkə üzrə zərərvericilərin yayılma arealının xəritələşdirilməsi, bitki mühafizəsi vasitələrinin qeydiyyatının və idxalı prosedurlarının sadələşdirilməsi yer alıb.

Son xəbərlər

Orphus sistemi