Azərbaycandan diri quşların tranzitinə müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycandan diri quşların tranzitinə müvəqqəti məhdudiyyət qoyulub Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı
Sağlamlıq
103
16 Noyabr , 2021 16:50
Azərbaycandan diri quşların tranzitinə müvəqqəti məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan "Report"a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Çinin Çinhay əyalətində və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidində dabaq xəstəliyi, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, Niderland Krallığının Qroninqen əyalətində, Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində və İngiltərənin Qərbi Midland regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasının Çinhay əyalətindən və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, Niderland Krallığının Qroninqen əyalətindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətindən və İngiltərənin Qərbi Midland regionundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləs”inin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə habelə Çin Xalq Respublikasından, İordaniya Haşimi Krallığından, Norveç Krallığından, Niderland Krallığından, Almaniya Federativ Respublikasından və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər

Orphus sistemi