Biləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxub

Biləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxub Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Sağlamlıq
14 Sentyabr , 2021 17:38
Biləsuvarın həbsdə olan keçmiş icra başçısı koronavirusa yoluxub

Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Bu barədə "Report"a onun vəkili Leyla Məmmədova məlumat verib.

Bildirib ki, hazırda müvəkkilinin vəziyyəti stabil-ağırdır: "Sentyabrın 13-də Mahir Quliyevin vəziyyəti ağırlaşdığı üçün Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülüb".

Qeyd edək ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

M.Quliyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

O, ötən il aprelin 30-da Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi