Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu - QƏRAR

Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu - QƏRAR Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb.
Sağlamlıq
14 Fevral , 2020 21:08
Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu - QƏRAR

Nazirlər Kabineti bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb.

"Report"xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılacaq.

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi