Doğuşayardım komissiyasının üzvü: "Bəzi mama-ginekoloqlar arasında peşəkarlıq lazımi səviyyədə deyil"

Doğuşayardım komissiyasının üzvü: "Bəzi mama-ginekoloqlar arasında peşəkarlıq lazımi səviyyədə deyil" "Azərbaycanda ana və uşaq ölümlərinin sayı əhəmiyyətli dərəcədə azalıb"
Sağlamlıq
18 Fevral , 2016 16:36
Doğuşayardım komissiyasının üzvü: Bəzi mama-ginekoloqlar arasında peşəkarlıq lazımi səviyyədə deyil

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanda ana və uşaq ölümlərinin sayı əhəmiyyətli dərəcədə azalıb. Lakin bütün bunlara baxmayaraq, hələ də bu sahədə qarşıya qoyulan məqsədlər tam şəkildə əldə edilməyib". "Report"un məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin patoloji anatomiya kafedrasının müdiri, Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının üzvü, professor Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin geniş tərkibdə keçirilən kollegiyasında da səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə bu məsələ ətraflı şəkildə müzakirə olunub, bəzi mama-ginekoloqları, o cümlədən də anestezioloq-reanimatoloq və digər həkim-mütəxəssislər arasında peşəkarlıq səviyyəsinin hələ də lazımi səviyyədə olmaması barədə danışılıb, bu sahədə radikal və sərt tədbirlərin görülməsinə ehtiyac olduğu vurğulanıb.

Ə.Həsənov qeyd edib ki, baş verən hər bir letal nəticə və ağırlaşma hadisələri ilə əlaqədar Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırmalar aparılır: "Profilaktika, müalicə və diaqnostika sahələrində rast gəlinən bəzi nöqsan və çatışmazlıqlarla yanaşı, hamilə qadınların özlərinin də tibbi yardım üçün gec müraciət etmələri aydınlaşır. Buna baxmayaraq, aidiyyəti tibb müəssisələri məsuliyyəti daha da artırmalı, bu çətin, məsuliyyətli və şərəfli işin təşkili və həyata keçirilməsində xəstələrin özləri də həkimlərə kömək etməlidirlər".

Son xəbərlər

Orphus sistemi