Bəzən həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur

Bəzən həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur “Pandemiya dönəminin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloji sahədir. COVID-19 yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortallıqla nəticələnir. Odur ki, hazırda kardioloqlara müraciət edə
Sağlamlıq
686
4 Avqust , 2020 10:10
Bəzən həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur

Pandemiya dönəminin daha çox təsir göstərdiyi sahələrdən biri də kardioloji sahədir. COVID-19 yanaşı xəstəliyi olanlarda, xüsusilə də ürək xəstələrində ağırlaşmış klinika ilə, bəzən isə mortallıqla nəticələnir. Odur ki, hazırda kardioloqlara müraciət edənlərin sayı artıb”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının mütəxəssis kardioloqu Sara Bayramzadə deyib.

O bildirib ki, əsas şikayətlər tənginəfəslik və zəiflikdəndir: “Tənginəfəslik şikayəti ürək çatışmazlığında da izlənildiyindən koronaviruslu xəstələr tənginəfəslik əlamətlərinə görə kardioloqa da müraciət edirlər. Dəqiq diaqnoz isə müayinə zamanı aydınlaşır. Bəzən isə həm ürək, həm də virus səbəbli tənginəfəslik yanaşı olur. Bu hal mütləq hospitalizasıya tələb edir.

Mütəxəssis insanların ürək xəstəliklərindən qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsini vacib hesab edir: “Qorunma tədbirləri ilk növbədə epidemioloji şəraitə uyğunlaşdırılmalıdır. Ürək xəstələrinin ayrıca özəlliyi təyin olunan müalicələrin mütəmadi davam etməsindədir. Eyni zamanda, insanlar virusun yaratdığı həyəcanı, təşviş hissini minimuma endirməyə çalışmalıdır. Hipertoniya xəstəliyi səbəbilə müalicə qəbul edənlərə AÇFİ qrup ( Lizinopril, Ramipril, Perindopril) preparatlarını alternativləri ilə əvəz etmək məsləhət görülür. Çünki adıçəkilən preparatlar koronavirusa yoluxmanı artıra bilər. Bu da ürək xəstələrində unudulan, lakin önəmli olan məsələdir.

Ümumiyyətlə, hamı bilməlidir ki, stress bu xəstəlikdən qorunmada önəmli olan immun sistemini zəiflədir. Ona görə də mümkün qədər stressdən uzaqlaşmaq, pozitiv düşüncələrə köklənmək zəruridir. Lazım gələrsə, sedativ bitki tərkibli preparatlar qəbul edilməli, hətta onlayn psixoloq konsultasiyası xidmətindən istifadə olunmalıdır. İnsanların virus əleyhinə və ürək dərmanlarını həkim göstərişi olmadan qəbul etmələri də yolverilməzdir.

Hamını xüsusi rejimin şərtlərini gözləməyə, yay günlərində D vitamininin əsas mənbəyi olan günəş şüalarından yararlanmağa çağıran həkim ürək xəstələrinə əvvəlcədən təyin olunmuş müalicəyə kardioloq konsultasiyası olmadan fasilə verməməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi