Beyin üçün ən zərərli qidalar açıqlanıb

Beyin üçün ən zərərli qidalar açıqlanıb Düzgün qidalanmama bütün orqanların içərisində ən çox beyinə mənfi təsir edir.
Sağlamlıq
10 Dekabr , 2020 12:40
Beyin üçün ən zərərli qidalar açıqlanıb

Düzgün qidalanmama bütün orqanların içərisində ən çox beyinə mənfi təsir edir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kornell Universitetinin Nevrologiya və radiologiya kafedrasının dosenti Liza Moskoni bildirib.

Onun sözlərinə görə, tərkibində doymuş heyvan yağı olan qidalar ürək-damar xəstəlikləri və koqnitiv problemlər riskini artırır.

“Yağlı, şirin qidalar yeyəndə və süstlük, beynin dumanlanması və yuxululuq kimi simptomlarla qarşılaşdıqda bu simptomlar mədədə deyil, beyində meydana gəlir”, - dosent söyləyib.

“Bundan əlavə, belə rasion beynin funksional və struktur elementlərinin itirilməsinə səbəb ola bilər və onu qocalma və demansiyaya qarşı daha həssas edir”, - Moskoni deyib.

Mənfi təsirlərin qarşısını almaq üçün həkim qidalara antioksidantlarla zəngin məhsullar, o cümlədən C və E vitaminləri, beta-karotin, omeqa-3 yağ turşuları və antiinflamatuar B vitaminləri əlavə etməyi məsləhət görüb.

İngilis versiyası Worst foods for brain health

Son xəbərlər

Orphus sistemi