Bərdədə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb Bərdədə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Sağlamlıq
9 Oktyabr , 2023 10:27
Bərdədə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bərdədə süd istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Bərdə rayonu, Bəcirəvan kəndində yerləşən, fiziki şəxs Seyfullayev Ravil Kazım oğluna məxsus süd tədarükü müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi