Baş nazirin müavini: "Azərbaycanın dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır"

Baş nazirin müavini: "Azərbaycanın dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır" Əli Əhmədov: "Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır"
Sağlamlıq
8 Fevral , 2017 13:45
Baş nazirin müavini: Azərbaycanın dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır

Bakı. 8 fevral. REPORT.AZ/ "Dərman çatışmazlığı ilə bağlı informasiyalar zaman-zaman bizə də gəlib çatır. Bu məsələlərə operativ şəkildə reaksiya verilir".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, dərmanlar Azərbaycana əsasən idxal olunur: "Yaxın zamanlarda Azərbaycanda dərman istehsalına başlanılmasını istəyirik. O vaxta qədər hesablaşmalı olacağıq ki, bazara dərman vasitələri idxal olunsun. Ona görə də müəyyən çətinliklərin yaranması halı müşahidə olunur. Amma hazırda bu sahədə kritik vəziyyət yoxdur, operativ şəkildə buna resaksyia verilir. Dərman bazarının lazımi dərman vasitələri ilə təmin olunması üçün operativ şəkildə addımlar atılır".

Baş nazirin müavininin sözlərinə görə, dərman idxal edən şirkətlərin normal fəaliyyət göstərməsi ilə əlaqədar lazımi tədbirlər görülür: "Güman edirəm ki, hər hansı aptek təşkilatında bu və ya digər dərman vasitəsinin tapılması ilə bağlı çətinlik varsa, bu, bütövlükdə həmin dərman vasitələrinin Azərbaycanda olmaması qənaətinə gəlməyə əsas vermir. Digər aptektlərdə həmin dərmanlar var. Ancaq bu gündən hansısa dərmanlar çatışmırsa, onlarla bağlı araşdırma aparılacaq".

Son xəbərlər

Orphus sistemi